XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 12:29

Prezident İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2015-ci il 6 mart tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentinin aktlarının “Dini etiqad azadlığı haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Dəyişikliyə əsasən, sözügedən qanunun 1-ci bəndində “Azərbaycan Respublikası Konstitusiyasının, bu Qanunun və digər qanunların pozulması, yaxud həmin qurumun” sözləri “onun” sözü, 9-cu bəndində isə “təqdim edilməsi tələbinə təkrarən” sözləri “təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə” sözləri ilə əvəz edilib.