XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2017 - 14:11

Səudiyyə telekanalı İŞİD əleyinə serialın yayımına başlayıb –“Qara qarğalar” filminin aktyorları ölümlə təhdid olunur –FOTOLAR

Dubayda mənzillənən Səudiyyə televiziyası İŞİD-in əleyhinə  yönələn serialın nümayişinə başlayıb.

MBC peyk kanalı ilə yayımlanan serial "Qara Qarğalar" adlanır. Serialda İŞİD nəzarətindəki torpaqlarda həyatın nə dərəcədə mərhəmətsiz olduğu göstərilir. Reuters agentliyinin xəbərinə görə 10 milyon dollar büdcəli serialda "Səudiyyə Ərəbistanının radikal İslama qarşı mübarizədə lider rolu" vurğulanır. Serialda həmçinin İŞİD-in idarəsi altında yaşayan qadın və uşaqların həyatı bəhs olunur.Filmdə cihadçıların sosial mediadakı təbliğatından fərqli olaraq İŞİD tərəfindən törədilən kütləvi cinayətlər və təcavüzlər xatırladılır. Reuters agentliyinə danışan MBC sözçüsü Mazen Hayek deyir ki, "əsas hədəf auditoriyası terror təşkilatlarını dəstəkləməyə və hətta onlara qoşulmağa meylli olanlardır".

İŞİD-nin mediadan istifadəsinə diqqət çəkən Hayek buna qarşı elə media vasitəsilə cavab verməyə ehtiyac olduğunu vurğulayır.

Aktyorlara ölüm təhdidi

Serialın hazırlanmasında iştirak edən aktyor və heyət üzvləri İŞİD-ə rəğbət bəsləyənlər tərəfindən ölüm təhdidləri aldığını bildirirlər. Ərəb ölkələrində ən çox izlənilən MBC şəbəkəsinin silsiləsi 20-dən artıq seriyadan ibarətdir.

Film Livanda çəkilir.

Filmin ilk hissələrində qaçırılaraq seks köləsi kimi istifadə edilən yezidi qadınlar və uşaq əsgərlər mövzusu qaldırılır.

Serial ən çox tamaşaçının kökləndiyi iftar sonrası "pik zamanda" vaxtında nümayiş etdirilir. Vəhhabilik təriqətinin hakim olduğu Səudiyyə Ərəbistanı İŞİD-i "təhdid" kimi qəbul edir.İŞİD qruplaşması isə Səudiyyə Ərəbistanını idarə edən sülaləni tanımır. 2003-2006-ci illərdə baş qaldıran əl-Qaidə hücumlarını dəf etmiş Səudiyyə Ərəbistanı son iki il ərzində İŞİD-nin bombalı hücumlarına məruz qalıb. (BBC)