XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2017 - 14:48

Abşeronda yeni neft yataqlarının açılması üzərində iş gedir –İlk quyuların yerləri müəyyən olunur

Abşeron yarımadasının şimal hissəsində, eyni zamanda Bakı arxipelaqının cənub-qərb hissəsində ehtiyatların, yataqların axtarışında potensial var.

"Report" xəbər verir ki, bunu "Xəzər neft-qaz 2017" beynəlxalq konfransında çıxışında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda bir neçə şirkətlə bu məsələlər araşdırılır. O qeyd edib ki, həm şimal tərəfdə, həm də cənub tərəfdə, dayaz sularda, keçid zonasında neft yataqlarının açılması mümkündür.

"SOCAR yeni neft yataqlarının açılması istiqamətində işlərini davam etdirir. Həm quruda, həm də dənizdə işlər aparılır. Seysmik məlumatları nisbətən az olan dayazsulu hissələrdə və keçid zolaqlarında da neft-qaz yataqlarının açılması mümkündür. Abşeron yarımadasının dayazsulu hissəsində BP tərəfindən işlər aparılır. Məlumatlar hazırda emal edilir, ilk quyunun və gələcək quyuların yerləri müəyyən olunur", – deyə SOCAR rəsmisi qeyd edib.

B.Hüseynov əlavə edib ki, "Qarabağ", "Dan ulduzu", "Əşrəfi" stukrtularına yenidən nəzər yetirilir: "Bir çox struktur var ki, ilk quyu qazılıb, strukturdan imtina edilib. Hasilatın Pay Bölgüsü sazişinə (PSA) xitam verilib. Bütün bu strukturlara yenidən baxmalıyıq, yenidən qiymətləndirməli, yeni seysmik işlər aparmalıyıq. Belə strukturlardan biri də "Qarabağ", "Dan Ulduzu", "Əşrəfi" blokudur. Bu üç struktrun ikisində neft aşkar edilib, lakin 2002-ci ildə Hasilatın Pay Bölgüsü sazişinə xitam verilib. Ozamankı hesablamalara görə, ehtiyatlar çox az qiymətləndirilib. Hazırda "Statoil" şirkəti ilə bu məsələyə qayıdılıb, birlikdə baxılıb və seysmik məlumatlar yenidən emal edilib, ehtiyatların yenidən qiymətləndirilməsi aparılıb".

Onun sözlərinə görə, hazırda "Qarabağ" yatağında ilkin hasilata başlanmasına hazırlıq aparılır.