XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 June 2017 - 15:29

Kamal Abdulla Dillər Univeristetinin  kollektivinə təqdim edildi

Bu gün Azərbaycan Dillər Univeristetinin yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov da iştirak edib. Nazir Mikayıl Cabbarov Kamal Abdullanın Azərbaycan Dillər Universitetinin rektoru təyin olunması ilə bağlı prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, ötən günə kimi Azərbaycan Dillər Universitetinə rektor əvəzi olan Əfqan Abdullayev rəhbərlik edib. İyunun 1-də  Kamal Abdulla ADU-nun rektoru təyin edilib.