XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 İyun 2017 - 16:05

Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupununiclası keçirilib

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 49-cu iclası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkmənistanın paytaxtı Aşqabadda iyunun 1-2-də keçirilmiş iclasda Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib.

İclasın sonunda kommünike qəbul olunub.

Növbəti iclasın İranda keçirilməsi barədə qərar qəbul edilib.

Toplantının vaxtı diplomatik kanallarla dəqiqləşdiriləcək.   (APA)