XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 İyun 2017 - 17:53

Həsən Ruhani 28 May bayramı münasibəti ilə prezidentə təbrik məktubu göndərib

İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

 Məktubda deyilir:

 “Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də dövlətinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm. Ölkələrimizin ikitərəfli geniş potensialları, eləcə də xalqlarımızın tarixi, dini və mədəni ortaqlıqları dövlətlərimizin qarşılıqlı mənafeyinə uyğun olaraq əməkdaşlıq münasibətlərimizin daha da genişləndirilməsi üçün misilsiz imkanlar yaradır. Bu dəyərli imkanları nəzərə alaraq, əmin olduğumu bildirirəm ki, ölkələrimizin münasibətlərinin dərinləşdirilməsi istiqamətində böyük addımlar atmaqla əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı mövcud ümidləri doğruldacağıq. Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.