XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 İyun 2017 - 18:27

Bruney Sultanı prezident İlham Əliyevi təbrik edib

Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Respublika Günü münasibəti ilə prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri.

Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Mən ölkələrimiz arasındakı dostluğu yüksək qiymətləndirir və gələcəkdə əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm. Müqəddəs Ramazan ayında ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

Hacı Həssənal Bolkiah

Bruneyin Sultanı"