XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2017 - 12:18

Dövlət Xidmətinin rəisi Xaçmazdavətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyunun 14-də saat 11:00-da qurumun Xaçmaz rayon şöbəsində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək.

Xidmətdən bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşlar iyunun 12-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan şəhər və rayon şöbələrinə müraciət etməli və qeydiyyatdan keçməlidirlər.