XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 İyun 2017 - 17:10

Nazirlik:"Skype, Viber, WhatsApp-da beynləxalq səsli və görüntülü əlaqə bərpa olunub"

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün istifadəçilərə bildirir ki, ölkəmizdə uğurla keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaratmışdı.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilmişdi.

Hazırda texniki yeniləmə işləri başa çatmışdır və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər.