Bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayında 5,6 faiz artım olub.
Bu barədə ölkənin Turizm Milli Administrasiyasının rəhbəri Georgi Çoqovadze məlumat verib.
Qeyd edək ki, bu ilin yanvarından may ayınadək Gürcüstanı 2,3 milyon xarici vətəndaş ziyarət edib. Onlardan 981,6 mini turistdir(azərtac).