XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 İyun 2017 - 00:47

Millimiz Hollandiyanı uddu –Növbəti dəfə dünya çempionatına vəsiqə qazandı

Qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunan E qrupunda son turun oyunları keçirilib.

Strateq.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan milli komandası Yaponiyada baş tutacaq mundiala yeganə vəsiqə uğrunda görüşdə Hollandiya ilə üz-üzə gəlib. Qarşılaşma milli komandamızın qələbəsi ilə başa çatıb – 3:0. 

Azərbaycan – Hollandiya – 3:0 (30:28, 25:22, 25:13). Azərbaycan millisi bu qələbə sayəsində tarixində 4-cü dəfə dünya çempionatına vəsiqə qazanıb. 

Qeyd edək ki, növbəti dünya çempionatı 2018-ci ildə Yaponiyada keçiriləcək.