XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2017 - 00:58

“Real” “Yuventus”u darmadağın etdi –Çempionlar Liqasının qalibi bəlli oldu

Bu gün Çempionlar Liqasının finalında Uelsin paytaxtı Kardiffdə “Real” “Yuventus”la üz-üz gəlib.

Strateq.az xəbər verir ki, ispan komandası oyunun 20-ci dəqiqəsində Ronaldo ilə önə çıxıb. Bu qoldan  7 dəqiqə sonra "Yuventus" Manzukiçin möhtəşəm qolu ilə bərabərliyi təmin etsə də, ikinci hissədə yenə qapısını qoruya bilməyib. 

Belə ki, "Real Madrid" qarşılaşmanın 61-ci dəqiqəsində Kasemiro, 64-cü dəqiqədə Ronaldonun qolları ilə hesabı 3-1-ə çatdırıb. 

"Real" hesaba Asensionun qolu ilə son nöqtəni qoyub – 4-1. 

Bununla da "Real Madrid" Çempionlar Liqasının qalibi adını darmadağınla qazanıb.