XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

04 İyun 2017 - 06:54

Naxçıvan DTX-nın Xüsusi Təyinatlılarının inzibati binası və təlim mərkəzi açıldı –Vasif Talıbov da tədbirə qatıldı

İyunun 2-də Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binası və təlim mərkəzi istifadəyə verilib.

Strateq.az Naxcivantv.aza istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-mayor Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə raport verib.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, şəxsi heyəti salamlayıb, Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinə alınan yeni texniki avadanlıqlara baxıb.

İnzibati binaya baxış zamanı qeyd olunub ki, iki mərtəbədən ibarət olan binada xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb, iş otaqları müvafiq avadanlıqlar və texniki vasitələrlə təmin olunub. Təlim mərkəzində lazımi idman avadanlıqları və dəstləri ilə təmin olunmuş 2 idman zalı və yardımçı otaqlar istifadəyə verilib.   

Həyətdə də abadlıq işləri aparılıb, açıq idman qurğuları quraşdırılıb, yaşıllıqlar salınıb.