XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 İyun 2017 - 08:52

Putin Klintonun hakimiyyəti dövründə RusiyanınNATO-ya üzv olmaq niyyəti barədə danışıb

Rusiya prezidenti Vladimir PutinABŞ-ın eks-prezidenti Bill Klintona Rusiyanın NATO-ya üzv olmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etdiyini bildirib.  Bu barədə V.Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində bildirib.  

“Prezident Klintonla son görüşlərimizdən birini xatırlayıram. O Moskvada səfərdə idi və mən diskussiya zamanı ona Rusiyanın NATO-ya üzv olmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etdim. Klinton isə cavabında buna etiraz etmədiyini bildirdi”, – deyə Putin bildirib.    

Putinin sözlərinə görə, həmin an ABŞ nümayəndə heyəti “böyük əsəb keçirdi”.  (APA)