XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2015 - 15:52

Avstraliyada antiislam çıxışları toqquşma yaratdı

Kler Fester: “Avstraliyanı qaytamaq” hərəkatı antimüsəlman qurumudur”

Bu gün Avstraliyanın böyük şəhərlərində İslama qarşı çıxanlarla iqrçilik əleyhdarları arasında toqquşma baş verib.

Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, Melburndakı toqquşmalarda bir neçə nəfər yaralanıb, üç nəfər həbs olunub.

“Reclaim Australia” (Avstraliyanı qaytarmaq) hərəkatının təşkil etdiyi aksiyada yürüşçülər “Avstraliyaya bəli, şəriətə xeyr” şüarını səsləndiriblər.

Təşkilatın təmsilçisi Ketrin Brennan deyib ki, cəmiyyət Avstraliya dəyərlərini müdafiə edir və islamçılığa qarşı çıxış edir.

Avstraliyada əks-aksiya təşkil etmiş antiirqçı hərəkatın təmsilçisi Kler Fester qeyd edib ki, “Avstraliyanı qaytamaq” hərəkatı, əslində, antimüsəlman qurumudur: “Onların İslama qarşı həmləsi hər bir müsəlmanın qədarlıqla fərqlənməsi və terrorçuluğu dəstəkləməsuni nəzərdə tutur”.