XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 İyun 2017 - 10:31

Rusiya prezidenti ilə canlı yayımiyunun 15-də olacaq

Rusiya prezidenti Vladimir Putin bu il canlı yayımı iyunun 15-də keçirəcək.

Bu barədə Kremlin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

"15 iyun 2017-ci ildə Moskva vaxtı ilə 12:00-da Birinci, "Rossiya 1", "Rossiya 24" telekanalları və "Mayak", "Vesti FM", "Radio Rossii" radiostansiyalarında "Vladimir Putin ilə canlı yayım" illik xüsusi proqramı efirə gedəcək", – deyə məlumatda bildirilir.

"Klassnıy jurnal" uşaq jurnalı martın əvvəlindən gənc oxuculardan prezident üçün suallar toplamağa başlayıb. "Mənim prezidentə sualım!" aksiyası ardıcıl olaraq ikinci dəfədir keçirilir. 2016-cı ildə onun iştirakçılarından 5 nəfər dövlət başçısına öz sualını ünvanlaya bilib.

2017-ci ildə Putinlə keçiriləcək birbaşa bağlantı sayca 15-ci olacaq. Ötən dəfə o, aprelin 14-də baş tutmuşdu və 3 saat 38 dəqiqə davam etmişdi. (Report)