XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 Noyabr 2015 - 20:03

“”Mənimlə çalışmaq istəmədilər” – “Qalatasaray” baş məşqçisiz qaldı

“Qalatasaray” futbol klubunun baş məşqçisi Həmzə Həmzəoğlu istefaya göndərilib.

Bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Verilən məlumata görə, qarşılıqlı razılıq əsasında Həmzəoğlunun fəaliyyətinə xitam verilib. 45 yaşlı baş məşqçinin sözügedən qərara münasibəti belə olub:

“Mənimlə birlikdə çalışmaq istəmədilər. Onların bu qərarına hörmət edirəm. Gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Qeyd edək ki, Həmzə Həmzəoğlu “Qalatasaray”a 2014-cü il dekabrın 1-də baş məşqçi təyin olunmuşdu(Axar.az).