XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 İyun 2017 - 03:33

İŞİD London terrorunun da məsuliyyətini öz üzərinə götürdü

İŞİD terror qruplaşması Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

İyunun 4-ə keçən gecə  “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb.  

London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib.

Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.