“Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, biz düşünürük Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var".
Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, bunun ən mühüm sübutlarından biri kimi Donald Trampın Azərbaycan prezidentinə son iki həftədə iki məktubunu göstərmək olar: "Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür", – deyə o qeyd edib.