XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 06:00

Cəbhədə qızğın atışma – Ordumuz düşmənə kəskin cavab verdi

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 91 dəfə pozub.

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Yarımca, Göyarx, çaylı, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Şıxlar, Novruzlu, Baş Qərvənd, Qaraqaşlı, Şuraabad, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 102 dəfə atəş zərbəsi endirib.