XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 November 2015 - 06:58

Hansı məntəqələrdə səslər etibarsız sayılıb? – SİYAHI

Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə yekun vurub.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunub. Və bu zaman aşağıdakı dairələrdə məntəqələr üzrə nəticələr etibarsız sayılıb:

“Milli Məclisə seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyalarının təqdim etdiyi sənədlərin yoxlanılması nəticəsində Komissiyanın qərarı ilə 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 12 saylı seçki məntəqəsi, 15 saylı Yasamal birinci seçki dairəsinin 8 saylı seçki məntəqəsi, 53 saylı Quba-Qusar seçki dairəsinin 16 saylı seçki məntəqəsi, 82 saylı Ağcabədi seçki dairəsinin 12 saylı seçki məntəqəsi, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 32 saylı seçki məntəqəsi, 85 saylı Şamaxı seçki dairəsinin 45 saylı seçki məntəqəsi və 121 saylı Laçın seçki dairəsinin 32 və 77 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib”.