XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2017 - 16:02

Natiq Əliyev İstanbuldakı “Amerikan Xəstəxanası”na yerləşdirilib

Səhhətində yaranan ciddi problemlərə görə Türkiyəyə aparılan Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbuldakı “Amerikan Xəstəxanasına”na yerləşdirilib.

“Report”un Türkiyə bürosu xəbər verir ki, Türkiyə həkimləri nazirin vəziyyətini stabil kimi qiymətləndiriblər.

Bildirilib ki, N.Əliyevin müalicəsi intensiv formada davam etdirilir.

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub. Energetika naziri xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ürəyinə stentlər qoyulub.

Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin Türkiyəyə aparılması və müalicənin oradakı xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir ötən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb.