XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 09:20

Yağmursuz hava olacaq… – Sabahın hava proqnozu

Sabah Bakı və Abşeron yarımadasının dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında noyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında isə yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 4-8, gündüz 11-16, dağlarda gecə 1 dərəcə şaxtadan 6 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.