Ədliyyə nazirinin müavinlərinin sayı artırılıb.
Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
“Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanına edilən dəyişikliyə əsasən, Ədliyyə Nazirliyinin Strukturunun 1-ci hissəsinə “Nazir müavini” beşinci bənd əlavə edilib.
Qeyd edək ki, Azərbaycan prezidentinin bu gün imzaladığı sərəncamla Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin olunub.