XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2017 - 19:37

Natiq Əliyev “Amerikan Xəstəxanası”nda deyil:Türk həkimlərindən açıqlama

Ürəyində problemlər yaranandan sonra Azərbaycanın energetika naziri Natiq Əliyev iyunun 4-5-nə keçən gecə Türkiyəyə aparılaraq İstanbul şəhərinin “Florence Nightingale” xəstəxanasına yerləşdirilib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin təcili yardım xidməti BBC Azərbaycancaya bildirib.

Bundan əvvəl Azərbaycan mətbuatında Natiq Əliyevin Amerikan xəstəxanasına (Amerikan Hastanesi) yerləşdirildiyi bildirilirdi. Lakin Amerikan xəstəxanasının Ali adlı əməkdaşı onlarda bu adda xəstə olmadığını deyib.

İstanbul “Florence Nightingale” xəstəxanasından reanimasiya şöbəsinin həkimi Emine Öklü BBC Azərbaycancaya Natiq Əliyevin gecə saatlarında gətirildiyini və hazırda daxili xəstəliklər reanimasiyasında vəziyyətinin stabil olduğunu deyib.

O, həmçinin əlavə edib ki, Natiq Əliyevin vəziyyəti təqib edilir və hələ ki, "əməliyyat barədə hansı addım atılacağı təsdiqlənməyib".