XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2017 - 20:20

Müdafiə Nazirliyində yeni yeməkxana istifadəyə verilib –FOTO

Müdafiə Nazirliyinin mərkəzi aparatı ərazisində müasir standartlara cavab verən yeni inşa edilmiş yeməkxana istifadəyə verilib.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçular və mülki işçilərin qidalanması üçün nəzərdə tutulan yeməkxanada şəraitlə tanış olub.

Məruzə edilib ki, iki zaldan ibarət yeməkxana və mətbəx yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün lazım olan bütün növ müasir tipli avadanlıqlarla təmin olunub. Xidməti və inzibati otaqlardan ibarət binaya kommunikasiya xətləri çəkilib, mərkəzləşdirilmiş istilik və kondisioner sistemi quraşdırılıb.

Qısa müddətdə inşa edilərək şəxsi heyətin istifadəsinə verilən yeməkxanadakı şəraitlə tanış olduqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyi burada çalışan mülki əməkdaşlarla görüşərək müvafiq tapşırıqlarını verib.