XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2017 - 23:31

Ümid Özdağ:“PKK ilə mübarizədə Almaniya Türkiyə ilə səmimi davranmır”

“Türkiyə hökumət özü alman əsgərlərini İncirlikdən çıxarmalı idi”.

Bu barədə agentliyə açıqlamasında Gaziantep müstəqil millət vəkili Ümid Özdağ deyib.

Ziqmar Qabrielin  bu gün Ankarada  Mövlüd Çavuşoğlu ilə  görüşündən sonra Almaniya öz əsgərlərini  “İncirlik” hərbi bazasından çıxarmağı qərarlaşdırıb. Bu vəziyyət Türkiyə-NATO və Türkiyə-Almaniya münasibətlərinin gələcəyinə necə təsir göstərəcək?” sualını cavablandıran Ü.Özdağ deyib: ”Bunun Türkiyə-NATO və Türkiyə-Almaniya münasibətlərinin gələcəyinə əsaslı şəkildə təsir göstərəcəyini düşünmürəm”.

Millət vəkili qeyd edib ki, PKK terror təşkilatı ilə mübarizə sahəsində Almaniya Türkiyəyə qarşı səmimi davranmır: “Odur ki, hökumət əvvəlcədən addım ataraq alman  əsgərlərini oradan çıxarmalı idi. Türk torpaqlarında yerləşən hərbi bazadan Almaniya təyyarələri havaya qalxıb Suriyadan İŞİD, PKK, PYD/YPG terror təşkilatları barədə kəşfiyyat materialları toplayır, özü istədiyi kimi istifadə edir, Türkiyəyə lazım olan heç bir məlumatı vermir. Bu vəziyyətdə almanların “İncirlik” bazasında qalmaları hansı müttəfiqliyə uyğun gəlir? Getmələrinin Türkiyəyə heç bir zərəri olmaz”. (APA)