XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 11:35

AŞPA Azərbaycan üzrə məruzəçini dəyişdirir

 

ivinsiki.JPG

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunacaq.

 Dekabrın 7-də Monitorinq Komitəsinin Parisdə keçiriləcək iclasında həmməruzəçi Tadeuş İvinskinin yerinə yeni məruzəçi seçiləcək.

 Görüşdə həmçinin noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı fikir mübadiləsi də aparılacaq. (APA)

 Qeyd edək ki, 25 oktyabr tarixində Polşada keçirilən parlament seçkilərində T. İvinski parlamentin üzvü seçilməyib. Bu səbəbdən o, məruzəçi postundan vaxtından əvvəl avtomatik istefaya gedib.

 Xatırladaq ki, T. İvinski AŞPA Monitorinq Komitəsinin bu il yanvarın 29-da keçirilmiş iclasında Azərbaycan üzrə həmməruzəçi seçilib.