XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 15:57

Kamran Əliyev:"Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində aparılır"

Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində aparılır.

Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

O qeyd edib ki, korrupsiya ilə mübarizə Azərbaycanda dövlət siyasətidir: "Azərbaycanda 3 pilləli məhkəmə sistemi mövcuddur. Beynəlxalq təşkilatlar ölkəmizdə görülən işləri yüksək qiymətləndirirlər. Azərbaycan brendi olan “ASAN xidmət” modeli fəaliyyət göstərir. Bu qurumun yaradılması korrupsiyaya qarşı mübarizə sahəsində atılan mühüm addımdır. Azərbaycan bu sahədə vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”.