XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 16:48

İcra başçısı qardaşının ölümündən danışdı:"Rusiya prezidenti Vladimir Putin ona orden verib"

Zərdab rayon icra başçısı Lütvəli Babayev qardaşının yol qəzasında dünyasını dəyişməsindən danışıb.

O, AzNews.az-a açıqlamasında bildirib ki, mərhum qardaşı Əliağa Babayev Rusiyanın Novosibirsk şəhərində yol qəzasında həyatını itirib:

“Öz maşınında qəzaya uğrayıb. Uzun zamandır ki, onun ürəyi xəstə idi, iki stend qoyulub. Səhər tezdən ürəyinin ağrısı tutub, həkimə gedib. Həkim deyib ki, sənə maşın sürmək olmaz, həyati təhlükəsi var. Əlağa da sözə baxmayıb, oturub maşına, bax beləcə həyatını itirib”.

Lütfəli Babayev onu da qeyd edib, mərhum qardaşı iyunun 7-də Rusiyadan Mingəçevir şəhərinə gətiriləcək: “Dəfn mərasimi sabah keçiriləcək. Gözləmədiyim faciə, hər halda çox çətindir. Əliağa Rusiyada böyük hörmət sahibi idi. Rusiya prezidenti Vladimir Putin ona orden verib."