XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 18:37

Yığmadan qovulan Arda Turan jurnalistə hücumuna haqq qazandırdı:"Yenə olsa, belə cavab verəcəm"

İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turan Türkiyə milli komandasındakı karyerasını başa vurub.

Bu barədə 30 yaşlı yarımmüdafiəçi keçirdiyi mətbuat konfransında bildirib.

"Ölkəmi, bayrağımızı çox sevirəm. Hər dəfə "İstəsəniz kənara çəkilə bilərəm" deyirdim. Artıq bu zamanın gəldiyini düşünürəm. Bu günə qədər çalışdığım hər kəsə, komanda yoldaşlarıma, ailəmə çok təşəkkür edirəm. Həyatım boyunca nə etmişəmsə, əvəzini ödəməyə hazıram və yenə ödəyəcəyəm. Milli komanda karyeramı başa vururam. Hər zaman olduğu kimi, şərəfimlə və qürurumla". 

O, idman yazarına hücum etməsindən peşman olmadığını və özünü quş kimi hiss etdiyini söyləyib. Arda hər zaman belə hallara qarşı eyni cür reaksiya verəcəyini vurğulayıb/Report. 

Xatırladaq ki, Arda Turan dünən Makedoniya ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra Sloveniyaya uçmağa hazırlaşan təyyarədə idman yazarı Bilal Meşeni təhqir edib, onu vurmağa cəhd edib. 

Bu barədə baş məşqçi Fatih Terim Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə Sloveniyada keçirdiyi toplantıdan sonra qərarını açıqlayıb.

O, Ardanı yanına çağıraraq, yığmanın düşərgəsindən dərhal ayrılmalı olduğunu bildirib. Təcrübəli yarımmüdafiəçi həm komandaya, həm də federasiyaya daha böyük zərər gəlməməsi üçün əşyalarını toplayaraq, düşərgəni tərk edib…