XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 19:21

Zakir Qaralov Türkiyə Baş prokurorunun müavini ilə görüşüb –Müzakirə + FOTO

Bakı şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanların 3-cü iclası çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Türkiyə Baş prokurorunun müavini Halil Adıgözəlin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan Baş prokuror iki qardaş ölkənin dövlət başçılarının siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına, xalqlarımızın rifahına xidmət etdiyini vurğulayıb.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin fəaliyyəti, həmçinin prokurorluq orqanlarının qarşısında duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Halil Adıgözəl dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verməsini xüsusi qeyd edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.