XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 22:16

Əfqanıstan prezidenti İlham Əliyevi təbrik etdi –Mətn

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Strateq.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:

“28 May – Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Ölkələrimiz arasında qarşılıqlı maraqların nəzərə alınması ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi və genişləndirilməsi Əfqanıstan üçün vacib məsələlərdəndir. Mən Azərbaycan ilə Əfqanıstan arasındakı mövcud dostluq əlaqələrindən razılığımı bildirir və bu xoş fürsətdən istifadə edərək qardaş xalqlarımızın münasibətlərinin daha da dərinləşməsini və möhkəmlənməsini arzulayıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzu edirəm”.