XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 İyun 2017 - 00:55

Lerik və Cəlilabadda təbii fəlakət –İki rayona dolu düşdü, elektrik enerjisi kəsildi

Güclü külək səbəbindən Lerikdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Strateq.az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində qısa müddət ərzində əsən güclü külək, daha sonra isə leysan yağışlar səbəbindən elektrik enerjisinin verilişində problemlər yaranıb. İldırım çaxması səbəbindən rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada 3510 kilovoltluq xətdə transformatorda yanğın baş verib. Bu səbəbdən rayona elektrik enerjisinin verilişi kəsilib. Bundan başqa rayonun bəzi ərazilərinə dolu düşüb. Yağan dolu bəzi taxıl zəmilərinə və meyvə ağaclarına ziyan vurub.

Bundan başqa, güclü külək səbəbindən Ələt –Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində problemlər yaranıb. Ələt –Astara yolunun 140-145-ci kilometrliyində, ayrı-ayrı yerlərdə 20-dən çox irigövdəli ağac kökündən qoparaq yolun hərəkət hissəsinə düşüb. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Yolun hərəkət hissəsinə düşmüş ağaclar doğranılaraq ərazidən uzaqlaşdırılır.