XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 November 2015 - 17:06

BMT-nin qaçqınlar üzrə Ali Komissar postuna seçim olub – FOTO

Filippo-Grandi.jpg

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissar (BMT QAK) postuna italiyalı Filippo Qrandi seçilib.

Bu barədə Strateq.az-a BMT QAK-dan məlumat daxil olub.

Məlumatda bildirilir ki, portuqaliyalı Antonio Manuel de Oliveyra Quterreşin xələfi olacaq Qrandi sonuncu dəfə 2010-cu ildən 2014-cü ilədək Fələstinlilərə Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) Baş komissarı postunu tutub. 2005-ci ildən 2010-cu ilədək isə Baş komissarın müavini postunda olub. 30 il ərzində beynəlxalq əməkdaşlıq məsələləri ilə məşğul olan Qrandi qaçqınların işi, humanitar əməliyyatlar və humanitar siyasət sahəsində çalışarkən əsas münaqişələrin insanlar üçün doğurduğu nəticələrlə, qaçqınların müdafiəsi ilə, donorlarla münasibətlərlə və siyasi məsələlərlə məşğul olmaqla əldə etdiyi böyük təcrübədən yeni postunda yararlanacaq.

O həmçinin Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı yardım missiyasında (UNAMA) Baş Katibin xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb və BMT QAK-da uzunmüddətli karyeraya malikdir, konkret olaraq Əfqanıstandakı missiyanın rəhbəri və Ali Komissarlığın mərkəzi ofisində kadrlar üzrə rəhbər vəzifəsində çalışıb. Onun BMT QAK-ın fəaliyyət sahəsindəki böyük təcrübəsi sırasına Sudan, Suriya, Türkiyə və İraqdakı nümayəndəliklərdə postlar tutması, Keniya, Benin, Qana, Liberiya, Mərkəzi Afrikanın Böyük Göllər regionu, Konqo Demokratik Respublikası və Yəməndə təcili humanitar əməliyyatları həyata keçirməsi daxildir.

1957-ci ildə anadan olmuş Qrandi Romadakı Qriqorian Universitetinin fəlsəfə bakalavrı dərəcəsinə, Milan Dövlət Universitetinin müasir tarix üzrə elmi dərəcəsinə və Koventri Universitetinin fəxri elmi dərəcəsinə malikdir.