XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 İyun 2017 - 08:23

Ərdoğan Qətəri müdafiə etdi:"Belə vəziyyət heç kimə fayda gətirməyəcək"

Türkiyə Qətərlə münasibətləri inkişaf etdirməkdə davam edəcək, bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi problemin həllinə gətirib çıxarmayacaq.

Bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan deyib.

“Biz Qətərə qarşı sanksiyaların tətbiq edilməsini düzgün qərar hesab etmirik. Həmrəylik və əməkdaşlığa böyük ehtiyac olduğu bir dövrdə belə vəziyyət heç kimə fayda gətirməyəcək. Qətərin soyuqqanlığını təqdir edirik. Biz gələcəkdə də Qətərlə münasibətləri inkişaf etdirməkdə davam edəcəyik”, – deyə Ərdoğan hakim partiyanın fəalları qarşısında çıxışı zamanı bildirib.    

Ərdoğan Qətər ətrafında yaranmış vəziyyətin dialoq yolu ilə nizamlanması istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək,  Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya, Yəmən, Maldiv və Mavriki də Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Qətər XİN rəhbəri Dohanın cavab tədbirləri görməyəcəyini bəyan edib. (APA)