XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

07 İyun 2017 - 13:27

Korrupsiya cinayəti törətmiş şəxslərlə bağlı İƏT ölkələrinə"Qırmızı bildiriş" göndəriləcək

Korrupsiya cinayəti törətmiş şəxslərlə bağlı İƏT ölkələrinə "Qırmızı bildiriş" göndəriləcək.

Trend-in məlumatına görə, Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşünün yekunlarına dair bəyanatda korrupsiya ilə əlaqədar cinayətlər törətmiş şəxslərlə bağlı “Qırmızı bildiriş”ın göndərilməsi öz əksini tapıb.

Bəyanata əsasən, İƏT-ə üzv dövlətlərdə korrupsiya ilə əlaqədar cinayətlər törətmiş şəxslərlə bağlı üzv ölkələrə "Qırmızı bildiriş" göndəriləcək.

Z.Qaralov deyib ki, "Qırmızı bildiriş" beynəlxalq qaydalara əsasən hazırlanacaq:

"Hər hansı dövlət kimisə beynəlxalq axtarışa verirsə, bunun üçün müvafiq sənəd lazımdır".