XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2017 - 21:31

Müdafiə naziri yeni istifadəyə verilənSnayper Hazırlığı Mərkəzində

İyunun 7-də Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən Snayper Hazırlığı Mərkəzində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərkəzdə snayperlərin səhra bacarıqlarının təkmilləşdirilməsi məqsədilə real döyüş şəraitinə uyğun lazımi infrastrukturun yaradılması barədə məruzə edilib.

İdarəetmə məntəqəsindən praktiki atış və digər hazırlıq çalışmalarını izləyən müdafiə naziri snayperlərin döyüş vərdişlərinin artırılması ilə bağlı tapşırıqlarını verib.