XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

08 İyun 2017 - 10:44

Britaniyada parlament seçkiləri başladı –Növbədənkənar

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

Trend-in məlumatına görə, yerli vaxtla saat 07:00-da bütün ölkədə 40 mindən çox seçki məntəqəsi açılıb. Seçkilərdə 46,4 milyon seçicinin səs verəcəyi gözlənilir.

Seçkilərin yekun nəticəsinin iyunun 9-u səhər saatlarında açıqlanacağı bildirilir.

Səsvermənin yekunu üzrə 650 deputatın daxil olduğu İcmalar Palatasının yeni tərkibi müəyyənləşəcək. Deputat mandatlarının yarıdan çoxunu qazanan partiya hökuməti formalaşdırmaq hüququ əldə edəcək.

Əsas intriqa Baş nazir Tereza Meyin sədri olduğu Mühafizəkarlar Partiyasının yaxın 5 ildə sükan arxasında qalıb-qalmayacağı ilə bağlıdır.