XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2017 - 12:37

Türkiyə Avstriyanın Aralıq dənizinə əsgər çıxarmasına icazə vermədi –Açıqlama

Türkiyə Avstriyanın Aralıq dənizinə əsgər çıxarmasına icazə verməyib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, artıq rəsmi Ankaranın qərarı Vyanaya çatdırılıb.

Xəbərdə qeyd edilir ki, Türkiyənin Avropa Birliyinə daxil olmaması üçün əlindən gələni edən Avstriyanın Aralıq dənizində miqrantalara qarşı əsgərlərini səfərbər etmək planları olub. Qaçqınlara qarşı xüsusilə amansız hərəkətləri ilə seçilən Avstriyanın bu addımına Türkiyə mane olub.

Avstriya dövlət televiziyasına danışan Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi Johan Frank bildirib ki, Türkiyənin onların hərbi fəaliyyətinə veto qoyması haqda qərarı var.

Nazirlik rəsmisi əlavə edib ki, veto qoyulan əməliyyat Avropanın xarici sərhədlərinin qorunmasını, habelə Avstriyanın təhlükəsizlik maraqlarını ehtiva edən bir əməliyyatdır.