XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

08 İyun 2017 - 12:52

Sabah hava necə olacaq –Proqnoz

Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, iyunun 9-da havanın temperaturunun gecə 17-20° isti, gündüz  27-32° isti, Bakıda gecə  18-20° isti, gündüz  30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 9-10-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.