XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

20 Noyabr 2015 - 12:28

Ayaz Mütəllibov Fəxri Xiyabana gedib

 

ayaz02.jpg

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Xocavənd rayonunun Qarakənd kəndi üzərində ermənilərin vurduğu “Mi-8” helikopterində həlak olan dövlət xadimlərinin Fəxri xiyabandakı məzarlarını ziyarət edib.

“Report” xəbər verir ki, eks-prezident erməni terrorunun qurbanı olan dövlət xadimlərinin məzarlarını üzərinə gül dəstələri qoyub.

Həmin dövrdə ölkə prezidenti olan A.Mütəllibov “Report”a açıqlamasında deyib ki, dövlət xadimlərinin olduğu helikopterin vurulması Azərbaycan tarixində baş verən ən böyük faciələrdən biridir: “Bu faciə xalqın yaddaşına həkk olunub. Faciədən 24 il keçməsinə baxmayaraq unudulmur. Onların məzarlarına baxanda adamın ürəyi ağrayır. Allah rəhmət eləsin. Bu cür hadisə olmamalı idi. O zaman təlatümlü dövr idi. Bu cür hadisələrə geosiyasi məsələlər kontekstində baxmaq lazımdır. Bu hadisənin törədilməsində kimlər maraqlı idi, sifarişçi kim idi və s. məsələlər araşdırılmalıdır. Belə hesab edirəm ki, indi bunlarla bağlı tam dolğun deyilməsə də, müəyyən məsələlər açıqlanacaq”.

Qeyd edək ki, 19 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8 N72” hərbi vertolyotunun erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində heyət üzvləri və sərnişinlər – Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər – dövlət katibi Tofiq Kazım oğlu İsmayılov, baş prokuror İsmət İsmayıl oğlu Qayıbov, dövlət müşaviri Məhəmməd Nəbi oğlu Əsədov, Baş nazirin müavini Zülfi Saleh oğlu Hacıyev, deputatlar Vaqif Cəfər oğlu Cəfərov və Vəli Hüseyn oğlu Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Hüseyn oğlu Mirzəyev, nazir müavini Qurban Hüseyn oğlu Namazəliyev, DQMV prokuroru İqor Aleksandroviç Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi Vladimir Vladimiroviç Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey Semyonoviç İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Vladimiroviç Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Dasumoviç Serikov, milis general-mayoru Mixail Dmitriyeviç Lukaşov, polkovnik-leytenant Oleq Nikoloyeviç Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmməd oğlu Məmmədov, telejurnalist Alı Mustafa oğlu Mustafayev, AzTV-nin işıqçısı Arif İsmayıl oğlu Hüseynzadə, videooperator Fəxrəddin İbrahim oğlu Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Vladimiroviç Kotov, heyət üzvləri Gennadi Vladimiroviç Domov, Dmitri Borisoviç Yarovenko həlak olublar.

Əvvəlcə rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib.