XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

08 İyun 2017 - 15:04

“Bakı Ali Neft Məktəbi ilə əlaqələrin qurulmasında maraqlıyıq” –Meksika səfiri

Bakı Ali Neft Məktəbi (BANM) və Meksika Neft İnstitutu arasında əməkdaşlığın perspektiv inkişafı, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyi və digər məsələlər Ali Məktəbin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətovun Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodrigo Labardini ilə görüşündə müzakirə olunub.

BU barədə Strateq.az-a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-də keçirilən görüşdə, həmçinin, 24-cü Beynəlxalq Xəzər Neft və Qaz konfransında iştirak etmək məqsədilə Azərbaycana gəlmiş Meksika Neft İnstitutunun icraçı rəhbəri Viktor Xerardo Ortiz Qayardo də iştirak edib.

Qonaqlara BANM-in nailiyyətləri və əsas fəaliyyət istiqamətləri haqqında bəhs edən Ramiz Hümbətov onları Ali Məktəbin yeni açılmış kampusu, müəllim və əməkdaşlar üçün yaradılan şərait, təhsil prosesinin təşkili ilə bağlı ətraflı məlumatlandırıb.

Səfir Rodrigo Labardini Azərbaycanla əməkdaşlığın Meksika üçün xüsusi əhəmiyyətini qeyd edərək ölkəsinin iqtisadiyyatında əldə edilən nailiyyətlərdən söz açıb. Səfir bildirib ki, Ali Məktəblə Meksika Neft İnstitutu arasında əlaqələrin inkişafında Viktor Ortiz Qayardonun səfərinin mühüm rolu olacağına ümid edir. Rodrigo Labardini bu kimi əlaqələrin inkişafının vacibliyini bu ilin əvvəlində rektor Elmar Qasımovla görüşdə müzakirə etdiklərin xatırladıb.

Meksika Neft İnstitutunun icraçı rəhbəri Viktor Ortiz Qayardo isə öz növbəsində BANM ilə əlaqələrin yaranmasında maraqlı olduğunu bildirib.

Müasir texniki təchizatı olan tədris laboratoriyaları, o cümlədən neft sahəsi üçün yüksək ixtisaslı mütəxəssis hazırlamaq imkanları olan BANM-la əməkdaşlığın Meksika Neft İnstitutuna böyük faydası olacağını qeyd edib.

Görüşdə gələcək qarşılıqlı əməkdaşlıqlar və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.