XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

20 Noyabr 2015 - 13:21

AŞPA prezidenti İntiqam Əliyevin azadlığa buraxılmasına çağırıb

braser.jpg

 

AŞPA prezidenti Ann Brasser növbəti dəfə Azərbaycan hakimiyyətini həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevi səhhətinin pisləşməsilə əlaqədar azad etməyə çağırıb.

O, Tvitterdəki mikrobloqunda yazıb: “Mən İniqam Əliyevə təzyiqlərdən və onun səhhətinin pisləşməsindən narahatam. Bunu nəzərə alaraq, onu azad etməyə və ittihamları üzərindən götürməyə çağırıram”.

Bu,  siyasi məhbusların azadlığa buraxılması ilə bağlı A.Brasserin Azərbaycan hakimiyyətinə ilk müraciəti deyil.

Xatırladaq ki, İ.Əliyev 2014-cü ilin avqustunda 7 il müddətinə azadlıqdan məhrum edilib. O, vergidən yayınma, sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur.