XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

08 İyun 2017 - 20:13

Sabunçuda beşmərtəbəli inzibati binada yanğın oldu –FHN-dən məlumat

Bakının Sabunçu rayonunda fəaliyyət göstərməyən beşmərtəbəli inzibati binada yanğın olub.

Strateq.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, binanın ümumi sahəsi 900 kvadratmetr olan 1-ci mərtəbəsində otaqların döşəməsi 71 kvadratmetr sahədə və 2-ci mərtəbədə yaşayış üçün nəzərdə tutulmuş sahəsi 160 kvadratmetr olan mənzillərin yanar konstruksiyaları 5 kvadratmetr sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.