XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

08 İyun 2017 - 22:17

Qəbələdə fəlakət –Dolu, güclü külək və leysan fəsadlar törədib

Güclü küləklə müşayiət olunan dolu və leysan yağışı Qəbələ rayonunda təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

Bu gün saat 19:00 radələrində Qəbələ rayonunun Bum qəsəbəsinə, Həmzəli, Qəmərvan kəndlərinə dolu düşüb. Təxminən 20 dəqiqə yağan dolu yağışı və qasırğa meyvə-tərəvəz və əkin sahələrinə ziyan vurub.

Külək ağacların budaqlarını sındıraraq elektrik naqillərinin üstünə və avtomobil yollarına aşırıb, bəzi kəndlərə elektrik verilişi dayanıb. Hazırda rayonda leysan yağışı davam edir. Nəticədə çaylarda suyun səviyyəsi artıb, bəzi həyətyanı sahələri, yolları su və lil basıb, kəndlilərin otlaq və taxıl sahələrinə, meyvə məhsullarına ziyan dəyib.  

APA