XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 April 2015 - 07:45

Sabiq prezidentə kiber hücum (FOTO)

ötən ilin avqust ayında prezidentlik səlahiyyətini başa vuran Türkiyənin sabiq ölkə başçısı Abdulla Gül hakerlərin hədəfi olub.



ANS PRESS-in məlumatına görə, 2014-cü ildə səlahiyyətlərini Rəcəb Tayyib Ərdoğana verən sabiq prezident Abdullah Gülün “Tvitter” mikrobloqu tərəfindən rəsmən təsdiqlənən səhifəsi qısa müddət ərzində hakerlər tərəfindən ələ keçirilib.

Kiber-hücumu “Börteçine Siber Tim” adlı qrup həyata keçirib. Haker qrupu 6 milyon 280 min izləyicisi olan hesabdan müxtəlif fotoşəkilllər və 6 tvit yazıblar.

İLk hücumdan sonra geri qaytarılan hesabı hakerlər ikinci dəfə ələ keçiribər, lakin bu dəfə də onların cəhdi baş tutmayıb.

Qeyd edək ki, Abdullah Gül 2007-ci ildən Türkiyədə prezidentlik edib. ölkəsinin 11-ci dövlət başçısı olan Gül kariyerasında böyük addımlar atan siyasətçi olub. O, müxtəlif illərdə Türkiyənin xarici işlər naziri, baş nazir köməkçisi, baş naziri vəzifələrində çalışıb.