XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

05 Aprel 2015 - 08:58

Türkiyədə 34 hərbçi həbs edildi

Türkiyədə 34 hərbçi həbs edildi

Türkiyədə Milli İstihbarat Təşkilatına aid TİR maşınlarının dayandırılması ilə bağlı 34 hərbçi və əsgər saxlanılıb.
Müsavat.com-un məlumatına görə, İstanbul Baş Prokurorunun vəkili İrfan Fidanın göstərişi ilə 1 və 19 yanvar 2014-cü ildə Suriyaya gedən TIR-ları dayandıran harbçilərə qarşı əməliyyat təşkil edilib.
Həbs edilənlərdən 16 nəfərinin Adanada xidmət edən əsgərlər olduğu bildirilib.
İstanbul Terrorla Mübarizə Şöbəsi tərəfindən aparılan əməliyyatda əsgərlərin qulluq etdiyi rayonlara bu səhər nəzarət və həbs təlimatları göndərilib.
Təlimat əsasında dərhal hərəkətə keçilib və şübhəlilər həbs ediliblər.
Əməliyyatların hazırda davam etdiyi bildirilir.