XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

09 İyun 2017 - 13:38

“Natiq Əliyev çox ağır vəziyyətdə gətirilmişdi” –Nazirin vəfat etdiyi türk klinikasından açıqlama

İstanbulun "Florence Nightingale” klinikası Azərbaycanın energetika naziri Natiq Əliyevin dünyasını dəyişməsi barədə yayılan xəbərləri təsdiqləyib.

Klinikadan BakuPost.az-a verilən məlumatda qeyd olunub ki, N.Əliyevin vəziyyəti ağır olub: "Natiq Əliyev xəstəxanamıza yerləşdirilərkən vəziyyəti çox ağır olub. Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı”.

"Florence Nightingale” klinikasından əlavə məlumat verilməyib və yaxınları ilə əlaqə saxlamaq tövsiyə olunub.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu.