XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

09 İyun 2017 - 14:08

Natiq Əliyevin cənazəsi bu gün Bakıya gətiriləcək –Sabaha vida mərasimi təyin olunub

Türkiyənin İstanbul şəhərində müalicə aldığı klinikada vəfat edən energetika naziri Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək.

 Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın  verdiyi məlumata görə, sabah 12:00-da “Şəhriyar Mədəniyyət Evi”ndə onunla vida mərasimi keçiriləcək.

 N. Əliyevin harada dəfn olunacağı ilə bağlı hələlik məlumat yoxdur.

 Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev bu gün dünyasını dəyişib.

Xatırladaq ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Nazir İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında müalicə olunurdu. (APA)